Paşinyan: Delimitasiya 1975-ci il xəritələrinə əsasən planlaşdırılır

      Paşinyan:    Delimitasiya 1975-ci il xəritələrinə əsasən planlaşdırılır
  22 May 2023    Oxunub:1451
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası Sovet Baş Qərargahının 1975-ci ildəki xəritələri əsasında aparılmalıdır.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.Onun sözlərinə görə, söhbət Rusiya tərəfinin dəfələrlə danışdığı kartlardan gedir.
"Paşinyan, kişi ol!"


“Ermənistanın mövqeyi dəyişməz olaraq qalır, o, Sovet Baş Qərargahının 1975-ci ildəki xəritələrinə əsasən delimitasiya tərəfdarıdır.

İrəvan delimitasiyanın nəticələrinə görə qoşunların geri çəkilməsini israr edir. Bu, təhlükəsizliyi təmin edəcək”, - Paşinyan bildirib.

"Ölkəmizi daha acınacaqlı gələcək gözləyir" - Ter-Petrosyan

Ermənistanda əsgər valideyinləri oturaq aksiya keçirir

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Paşinyan  





Xəbər lenti