Kiyevdə Puşkinin abidəsini sökdülər - VİDEO

Kiyevdə Puşkinin abidəsini sökdülər    - VİDEO
  15 Noyabr 2023    Oxunub:1111
Kiyevdə məşhur rus şairi Aleksandr Puşkinin abidəsi sökülüb.
Bu barədə UNİAN agentliyi məlumat yayıb.

Sosial şəbəkələrdə də yayılmış kadrlarda şairin üzərinə boya atılmış abidəsinin kran vasitəsilə postamentdən götürülməsi əks olunub.

Xatırladaq ki, noyabrın 8-də Kiyev vilayətinin Brovarı şəhərində poçt binasının fasadında olan Moskva və Sankt-Peterburqa həsr olunmuş təsvirlər də götürülmüşdü.

Bundan başqa, noyabrın 4-də Kiyevdə faşist Almaniyası üzərində Qələbənin 60 illiyi şərəfinə quraşdırılmış sovet rəmzi olan ulduz sökülmüşdü.

Tural Tağıyev
AzVision.az



Teqlər: Kiyev   Puşkin  





Xəbər lenti