Azərbaycan millisi İsveçə böyük hesabla qalib gəldi
![Azərbaycan millisi İsveçə böyük hesabla qalib gəldi Azərbaycan millisi İsveçə böyük hesabla qalib gəldi](https://azvision.az/photos/2023/11/191008_m07ew13afh-1700161361.jpg)
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Kapitan Emin Mahmudov 3-cü və 89-cu dəqiqələrdə qol vuraraq dubl edib. Renat Dadaşov isə 6-cı dəqiqədə rəqibin qapısına yol tapıb.
Meydan sahibləri bu oyunda qazandığı qələbədən sonra 7 xalla dördüncü, qonaq komanda isə 7 xalla üçüncü yerdə qalıb.
Qeyd edək ki, Azərbaycan yığması noyabrın 19-da “Kral Boduin” stadionunda Belçika kollektivi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
AzVision.az
Teqlər: