Vitali Balasanyan Təhlükəsizlik Xidmətində hansı iş üzrə dindirilib?

   Vitali Balasanyan Təhlükəsizlik Xidmətində hansı iş üzrə dindirilib?
  17 Noyabr 2023    Oxunub:1029
Separatçıların keçmiş Təhlükəsizlik Şurasının katibi olmuş Vitali Balasanyanın Ermənistan Milli Təhlükəsizlik Xidmətində hansı cinayət işi üzrə dindirildiyi məlum olub.
“Joqovurd” qəzetinin yazdığına görə, bu, ehtiyatda olan polkovnik Norayr Aslanyana qarşı işlə bağlıdır.

Nəşrin qeyd etdiyi kimi, Aslanyan qanunsuz silah və sursat alverində ittiham olunur. O, 5 aydır həbsdədir.

Bundan əvvəl Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan Vitali Balasanyanın silahlarını polisə təhvil verdiyi barədə məlumat vermişdi. Bundan sonra silahın qanuniliyini müəyyən etmək üçün cinayət işi başlanıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti