İsrail “Hizbullah”ın mövqelərinə hava zərbələri endirib

İsrail “Hizbullah”ın mövqelərinə hava zərbələri endirib
  17 Noyabr 2023    Oxunub:1267
Suriyanın dövlət KİV-ləri İsrailin Hərbi Hava qüvvələrinin (HHQ) Dəməşqdə və onun ətrafında yerləşən obyektlərə zərbələr endirdiyini bildirib.
AzVision.az “SANA” agentliyinin yaydığı məlumata əsasən xəbər verir ki, bəzi raketlər Suriyanın Hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən vurulsa da, müəyyən obyektlərə ziyan dəyib.

Lodonda yerləşən “The Syrian Observatory for Human Rights (SOHR)” monitorinq qrupu “Hizbullah”ın Suriyadakı qərargahlarına və hərbi obyektlərinə zərbələr endirildiyini bildirir. Məlumatda Səidə Zeynəb və Əl-Bəhdəliya bölgələrində (Dəməşq Beynəlxalq hava limanı yaxınlığında) kimi hədəflərin adı çəkilir. Hücum nəticəsində ölənlərin olduğu bildirilir.

Amma raketlərin sayı və onların hansı hədəflərə doğru uçduğu barədə məlumat yoxdur. İsrail ordusu da bununla bağlı şərh vermir.

“Reuters” agentliyi isə xatırladır ki, keçən həftə Təl-Əviv Suriyadan bir pilotsuz təyyarənin İsrailin cənubund yerləşən Eylat şəhərindəki məktəbi vurduğunu və SAXAL-ın cavab zərbəsi endirdiyini bildirib. Bundan başqa, noyabrın 8-də Dəməşq İsrailin Suriyanın cənubundakı hədəflərə hava zərbələri endirdiyini açıqlayıb.
AzVision.az



Teqlər: İsrail   "Hizbullah"  





Xəbər lenti