Bakı-Sumqayıt yolunda qəza: İki nəfər öldü
Bu zaman, arxadan eyni zolaqda yüksək sürətlə hərəkət edən “Honda” markalı, 77-GF-549 dövlət qeydiyyat nişanlı avtomobil nasaz nəqliyyat vasitəsilə toqquşub ki, nəticədə “”Mercedes” markalı avtomobilin sürücüsü və sərnişini hadisə yerində həyatlarını itirib. Hazırda faktla bağlı araşdırma aparılır.
Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, nəqliyyat vasitəsi sıradan çıxdıqda, sürücü onu yolun hərəkət hissəsindən tamamilə kənara, bu mümkün olmadıqda isə səkinin yanına, yaxud yol çiyninə çəkərək hərəkət hissəsinə paralel yerləşdirməli, qəza işıq siqnalını yandırmalı, qəza dayanma nişanını quraşdırmalı, yalnız bundan sonra nasazlığı aradan qaldırmağa başlamalı, texniki yardım istəməlidir.
AzVision.az
Teqlər: