“Yeni Klinika”nın direktor müavini vəzifəsinə təyinat olub
Gülnar Nuriyeva 2001-2007-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. 2007-2008-ci ildə Onkoloji Klinikada internatura keçən Gülnar Nuriyeva daha sonra 2012-2016-cı illərdə Türkiyə Cümhuriyyətinin Dokuz Eylül Universitetinin Ginekologiya və Mamalıq Kafedrası - Tibb Fakültəsində uzmanlıq keçib.
Əmək fəaliyyətinə 2012-2016-cı illərdə Türkiyə Cümhuriyyətinin Dokuz Eylül Xəstəxanasında başlayan həkim mama-ginekoloq daha sonra qadın xəstəlikləri və doğum uzmanı olaraq Türkiyənin İğdır şəhərində Özel Bulut Xəstəxanasında çalışıb.
2018-2021-ci illərdə “Fellowship” təqaüd proqramı ilə İsrailin Hadassah Universiteti Xəstəxanasının Ginekologiya şöbəsinin Ekstrakorporal mayalanma bölməsində təhsil alıb və bu müddətdə həmin şöbədə fəaliyyət göstərib.
2021-2022-ci illərdə Bakı Sağlamlıq Mərkəzində Doğum Şöbəsinin müdiri olan Gülnar Nuriyeva daha sonra Mərkəzi Gömrük Hospitalda həkim-ginekoloq olaraq çalışıb.
AzVision.az
Teqlər: Təyinat