Kürdəmirin polis rəisi işdən çıxarıldı

Kürdəmirin polis rəisi işdən çıxarıldı
  16 Aprel 2013    Oxunub:2303
Kürdəmir rayon Polis Şöbəsinin rəisi və müavini işdən çıxarılıb.
APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Kürdəmir rayon Polis Şöbənin rəisi vəzifəsində çalışan polkovnik Rasim Əliyev və müavini, polkovnik-leytenant Aqil Tağıyev tutduğu vəzifədən azad edilib.

Hazırda şöbə rəisinin vəzifəsini müvəqqəti olaraq xidmət işləri üzrə müavin polkovnik Həsən Əsədov icra edir.

Həmçinin, Kürdəmir rayon Mərkəzi Xəstəxanasının baş həkimi Zahid Əhmədov tutduğu vəzifədən azad edilib. Həmin vəzifəyə Nizami Feyzullayev təyin edilib.


Teqlər:  





Xəbər lenti