De Byazi: "Demişəm ki, yalnız axmaq və ağılsızlar inkişafımızı görə bilməzlər"
![De Byazi: "Demişəm ki, yalnız axmaq və ağılsızlar inkişafımızı görə bilməzlər" De Byazi: "Demişəm ki, yalnız axmaq və ağılsızlar inkişafımızı görə bilməzlər"](https://azvision.az/photos/2023/11/1700582139.jpg)
İtaliyalı mütəxəssis eyni sözləri İsveçlə qarşılaşmadan sonra da dediyini vurğulayıb.
Tənqidlərlə razılaşmayan 67 yaşlı çalışdırıcının fikrincə, milli onun rəhbərliyi altında uğurlu çıxış edib: "İsveçlə matçdan sonra nə demişdimsə, Belçika ilə görüşün ardından da həmin fikirləri səsləndirmişdim. Belçika və Avstriyaya 0:1 hesabı ilə məğlub olduğumuz oyunlarda rəqiblərə qarşı böyük performans sərgiləmişdik. Bunu dayandırın".
Canni De Byazi millidəki gələcək taleyi ilə bağlı sualı isə cavabsız qoyub.
Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsində F qrupunda yer alan Azərbaycan yığması 7 xalla 4-cü yeri tutub. Canni De Byazinin müqaviləsinin müddəti noyabrın sonuna qədərdir. Noyabrın 22-də AFFA İcraiyyə Komitəsinin fövqəladə iclasında onunla bağlı qərar qəbul olunacaq.(Report)
AzVision.az