“ASAN xidmət” “Peşəkar 100 il” idarəçilik marafonunu reallaşdırır
Öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Qonaqlar müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin milli dövlətçilik tariximizdəki zəngin siyasi irsindən və idarəçilik təcrübəsindən söz açıblar. Diqqətə çatdırılıb ki, məhz Ulu Öndərin məqsədyönlü və müasir idarəçilik modeli Azərbaycan xalqının milli rifahının daha da yaxşılaşmasına və dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə hədəflənib.
Mərasimdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və peşəkar idarəçilik yoluna həsr olunmuş, eyni zamanda, ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyətinə dair videoçarxlar nümayiş etdirilib, təqdimat keçirilib.
Ardınca “İdarəetmədə yeni çağırışlar” mövzusunda panel müzakirələr reallaşdırılıb. Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmovun moderatorluğu ilə baş tutan müzakirələrin spikerləri “MilliKart” MMC-nin İdarə Heyətinin sədri Söhrab Fərhadlı, “Azəricard” MMC-nin baş direktoru Fərid Quliyev, “SİNAM” MMC-nin prezidenti Elçin Əliyev və “Rabitəbank” ASC-nin baş direktoru Ziya Nuriyev olublar.
İki ay boyunca davam edəcək və 100 nəfəri əhatə edəcək “Peşəkar 100 il” idarəçilik marafonunda iştirakçılara müxtəlif istiqamətlərdə idarəçilik təlimləri və ustad dərsləri təşkil olunacaq.
Marafonun sponsorları “Rabitəbank” ASC, CHOCO ART, tərəfdaşlar “ASAN Könüllüləri” təşkilatı, “Başkənt” restoran və şirniyyat evi, “CreaTime”, "Final çay", media tərəfdaşı ASAN radiodur.
AzVision.az
Teqlər: