Agentilkdən etiraf: Kəndlərdə şagird sayı azalıb

  Agentilkdən etiraf:  Kəndlərdə şagird sayı azalıb
  28 Noyabr 2023    Oxunub:923
"Regionlarda məktəblərdə şagird sayının azalması bu və ya dərəcədə hiss olunur. Bunu, eləcə də müəllimlərin müraciətlərində, şagird yerdəyişmələrində də müşahidə edilir".
xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O qeyd edib ki, kənd məktəblərində şagird sayının azalması ölkə üzrə doğum saylarındakı nisbətin aşağı düşməsi ilə müşahidə olunur:

"Lakin buna görə kəndlərdə məktəblərin bağlanması və ya onun tam orta məktəbdən, ümumi təhsil məktəbinə çevrilməsi müşahidə olunmayıb. Əksinə 9 illik təhsil müəssisəsindən 11 illik təhsil müəssisəsinə çevrilən məktəblərimiz var".

Aytən Zəhra
AzVision.az





Teqlər:





Xəbər lenti