"Qarabağ" "Molde"yə qarşı

   "Qarabağ" "Molde"yə qarşı
  30 Noyabr 2023    Oxunub:1580
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçiriləcək.
AzVision.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" qrupda əsas rəqibi olan "Molde" ilə Norveçdə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bu görüş 6 xalı olan hər iki komanda üçün qrupdan çıxmaq baxımından çox vacibdir. "Qarabağ" "Molde"yə qalib gələrsə, pley-offa vəsiqəni təmin edəcək. "Molde" isə pley-offa vəsiqəni rəsmiləşdirmək üçün Ağdam təmsilçisini 2 top fərqi ilə məğlub etməlidir.

"Qarabağ"la "Molde"nin qrupun ilk turunda Bakıda keçirdikləri matçında Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

H qrupunun digər oyununda "Hekken" (İsveç) "Bayer"i (Almaniya) qəbul edəcək.

30 noyabr

UEFA Avropa Liqası


Qrup mərhələsi, 5-ci tur

00:00."Molde" (Norveç) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Erik Lambrexts (Belçika)

Norveç. Molde stadionu

00:00. "Hekken" (İsveç) - "Bayer" (Almaniya)
AzVision.az


Teqlər:





Xəbər lenti