Çingiz Hüseynzadə: "Velosiped yalnız idman deyil, həm də həyat tərzidir"

      Çingiz Hüseynzadə:    "Velosiped yalnız idman deyil, həm də həyat tərzidir"
  01 Dekabr 2023    Oxunub:1698
Azərbaycan Velosiped Federasiyasında (AVF) ikinci səviyyəli məşqçilər üçün kurslar keçirilib. Bu, artıq Milli Olimpiya Komitəsinin AVF ilə birgə keçirdiyi dördüncü layihədir. İki dəfə birsəviyyəli və iki dəfə isə ikisəviyyəli kurslar təşkil olunub.
Kursların təşkilinin əsas məqsədi Azərbaycanda velosiped üzrə yeni məşqçilərin hazırlanmasıdır.

AzVision.az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, artıq velosiped yalnız idman deyil, həm də həyat tərzidir. “Bu, bizim üçün çox önəmlidir. Hazırda sağlamlıq problemləri ilə əlaqədar velosiped idmanının çox böyük rolu var. İstərdik ki, Azərbaycanda bu həm idman, həm də nəqliyyat vasitəsi kimi inkişaf etsin. Gündəlik həyatımıza da çox böyük kömək edə bilər. Ona görə də belə kursların keçirilməsinin əhəmiyyəti böyükdür. MOK yalnız AVF ilə deyil, ümumiyyətlə, başqa federasiyalarda da belə kursları keçirə bilər. Bu gün ilk dəfə AVF ilə birgə üçüncü ən yüksək səviyyəli kursun keçirilməsini təmin etdik.

Ümumiyyətlə, yeddi federasiya MOK-un bu layihəsindən faydalanır. Ümidvaram ki, gələcəkdə bütün digər federasiyalar da bu layihəyə qoşulacaq. Əminəm ki, bu belə də olacaq. Mən AVF-nin görəcəyi işlərə uğurlar arzulayıram”, - deyə vitse-prezident qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti