Azərbaycan güləşçiləri 21 medal qazandı

Azərbaycan güləşçiləri 21 medal qazandı
  02 Dekabr 2023    Oxunub:1579
Azərbaycan güləşçiləri Bakıda hərbçilər arasında keçirilən 36-cı dünya çempionatını 21 medalla başa vurublar.
“Sərhədçi” İdman Mərkəzində təşkil olunan yarışın sonuncu günündə yunan-Roma güləşçiləri mübarizə aparıblar.

Qurban Qurbanov (77 kq) və Nihad Quluzadə (60 kq) qızıl, Laçın Vəliyev (87 kq) isə gümüş mükafata sahib çıxıblar.

Qeyd edək ki, Azərbaycan idmançıları daha əvvəl mundialın ilk üç günündə 10 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmışdılar.

AzVision.az


Teqlər:





Xəbər lenti