Daşkənd polisi qanuni oğrulara qarşı

Daşkənd polisi qanuni oğrulara qarşı
  02 Dekabr 2023    Oxunub:1362
Daşkəndin hüquq-mühafizə orqanları cinayətkarlıqla bağlı vəziyyətin yaxşılaşdırılması və əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə genişmiqyaslı əməliyyat-profilaktik tədbirlər həyata keçirir.
Bu barədə Özbəkistan paytaxtının Mərkəzi Daxili İşlər İdarəsinin mətbuat xidməti Telegram-da məlumat yayıb. Qeyd olunub ki, müvafiq tədbirlər Daxili İşlər Nazirliyi, Daşkənd Şəhər Daxili İşlər İdarəsi və digər idarələr tərəfindən həyata keçirilir.

Baş Daxili İşlər İdarəsinin mətbuat xidməti əhalini təhlükəsizlik qaydalarına riayət etməyi xahiş edib. Mümkün cinayətkarların tutulması barədə məlumat verilmir.

Qeyd edək ki, Daşkənddə noyabrın 28-də Özbəkistanın yeganə qanuni oğrusu, kriminal dairələrdə daha çox “Baxti Daşkentski” və ya “Baxti Yangiabadski” kimi tanınan 52 yaşlı Bəxtiyor Kudratullayev saxlanılıb. Ümumilikdə, əməliyyat zamanı polis Özbəkistanın kriminal dünyasının 200-ə yaxın nümayəndəsini saxlayıb.


AzVision.az


Teqlər:





Xəbər lenti