Levandovski “Barselona”nı erkən tərk edə bilər

   Levandovski “Barselona”nı erkən tərk edə bilər
  04 Dekabr 2023    Oxunub:1900
“Barselona”nın hücumçusu Robert Levandovski müqaviləsi bitməmiş klubu tərk edə bilər.
Bu barədə SPORT.ES xəbər verir. Futbolçunun müqaviləsində 2024/2025-ci illər mövsümündən sonra matçların 55%-dən az oynaması şərti ilə İspaniya klubu müqaviləni vaxtından əvvəl ləğv edə biləcəyi bənd var. Futbolçunun "Barselona" ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Bu La Liqa mövsümündə polşalı forvard 15 mümkün matçdan 13-də meydana çıxıb, yeddi qol (ikisi penaltidən) və üç məhsuldar ötürmə ilə yadda qalıb. Dekabrın 3-də "Barselona" "Atletiko Madrid"i 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu Joao Feliks vurub.

Levandovski Çempionlar Liqasının beş oyunundan dördündə də iştirak edib. Hücumçu cəmi bir dəfə qol vura bilib. "Barselona" turnirin pley-off mərhələsindəki yerini təmin edib.

Levandovski 2022-ci ildə "Barselona"ya keçib. Bundan əvvəl polşalı hücumçu 8 il “Bavariya”da çıxış edib. 2010-2014-cü illərdə forvard Dortmund "Borussiya"sında çıxış edib.


AzVision.az


Teqlər:





Xəbər lenti