Araşdırma: Dinozavrlar olmasaydı insan yüz ildən çox yaşaya bilərdi

      Araşdırma:    Dinozavrlar olmasaydı insan yüz ildən çox yaşaya bilərdi
  04 Dekabr 2023    Oxunub:1637
İnsanın əcdadları dinozavrlar tərəfindən yeyilməmək üçün gecə həyat tərzi keçirməklə qocalma əleyhinə mühüm molekulları itiriblər.
Tədqiqat “BioEssays” jurnalında dərc olunub. Məməlilər və sürünənlərin nə qədər tez qocalması arasında nəzərəçarpacaq fərq var. Birminqem Universitetinini alimi Juan Pedro de Maqalyans, bu uyğunsuzluğun milyonlarla il əvvəl, məməlilərin inkişafında kritik bir dövrdə dinozavrların hökmranlığı ilə bağlı ola biləcəyini irəli sürüb.

Nəşr edilən araşdırmada qeyd olunub ki, dinozavrlar dövründə insan əcdadları ultrabənövşəyi işığın vurduğu zədələri bərpa edən fotoliazları, fermentləri itirib. Bu itki məməlilərin gecə həyat sürməsi səbəbindən baş vermiş ola bilər.

Həmçinin, dinozavrların dövründə məməlilərin uzun yaşamaqdansa, tez çoxala bilməsi daha vacib idi. Buna görə də təbii seçmə uzunömürlülüklə əlaqəli genlərin itirilməsinə səbəb olub.

Bu, sadəcə bir fərziyyə olsa da, gələcəkdə xərçəngin məməlilərdə niyə daha çox yayıldığını izah etmək mümkün ola bilər. Bundan əlavə, qocalmağa səbəb olan faktorların daha yaxşı başa düşülməsi demans və insult da daxil olmaqla, yaşa bağlı xəstəliklərlə mübarizəni yaxşılaşdıra bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti