Heydər Əliyevin və Türkiyə Respubilikasının 100 illiyinə həsr olunmuş şahmat yarışı keçirilib

Heydər Əliyevin və Türkiyə Respubilikasının 100 illiyinə həsr olunmuş şahmat yarışı keçirilib
  04 Dekabr 2023    Oxunub:1243
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının, Sədərək Rayon Təhsil Şöbəsinin, Balakən rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin, Yevlax Şəhər Uşaq Gənclər İdman Şahmat məktəbinin, Sədərək rayon Uşaq Gənclər Şahmat məktəbinin, Gürcüstandan "İnkişaf və Təhsil Mərkəzi"nin, Türkiyədən "İzmir Deha satranc klubu"nun, Pakistandan "Mind Sports" şahmat mərkəzinin birgə təşkilatçılığı ilə Ümummili Lider Heydər Əliyevin və Türkiyə Respubilikasının 100 illiyinə həsr olunmuş şahmat üzrə online yoldaşlıq görüşü keçirilib.
Yarış lichess.org vasitəsi ilə baş tutub.

Yoldaşlıq görüşündə Gürcüstanı təmsil edən "İnkişaf və Təhsil Mərkəzi"nin şahmat klubu komanda olaraq 129 bal toplayaraq II yerə layiq görülüb. Balakən komandası 189 balla yarışı ilk pillədə yekunlaşdırıb.
AzVision.az

Qalereya




Teqlər: Şahmat  





Xəbər lenti