İngiltərə iranlı taekvondoçulara viza verməyib

İngiltərə iranlı taekvondoçulara viza verməyib
  04 Dekabr 2023    Oxunub:1267
İngiltərənin ev sahibliyi etdiyi Mançester Qran-prisinin final mərhələsində iştirak etmək hüququ qazanan 5 iranlı taekvondoçu bu ölkədən viza ala bilməyib.
AzVision.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

İngiltərə 2019-cu ildə dünya çempionatına ev sahibliyi edəndə də İran milli komandasına viza verməyib.

Qeyd edək ki, İngiltərədən başqa son bir neçə ildə Amerika, Macarıstan, Yunanıstan, Albaniya, Avstriya, Fransa, İtaliya, Misir və Avstraliya müxtəlif səbəblərdən iranlı idmançılara viza verməyib.
AzVision.az



Teqlər:





Xəbər lenti