Dövlət qulluğuna müsabiqə

Dövlət qulluğuna müsabiqə
  16 Aprel 2013    Oxunub:1468
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və ümumi müsahibə elan edib.
Qurumun yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikası vətəndaşları 30 gün müddətində elektron və ya kağız daşıyıcılar vasitəsilə Komissiyada qeydiyyatdan keçməlidirlər.

Müsabiqənin test imtahanı zamanı namizədlərin dünyagörüşü, o cümlədən Azərbaycan haqqında və Azərbaycan dili üzrə bilikləri 15, qanunvericilik sahəsində bilikləri 40, informasiya texnologiyaları sahəsində bilikləri 15, məntiqi düşünmə qabiliyyəti sahəsində bilikləri isə 30 test tapşırığı ilə yoxlanacaq.

Qeyd edək ki, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 380-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlatlarında, 162-si isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

AzVision.az


Teqlər:  





Xəbər lenti