Qadın futbolçulardan ibarət yığmamız Millətlər Liqasını qələbə ilə başa vurdu

Qadın futbolçulardan ibarət yığmamız Millətlər Liqasını qələbə ilə başa vurdu
  05 Dekabr 2023    Oxunub:1891
Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında sonuncu matçını keçirib.
Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Farer adalarını qəbul edib.

"Dalğa Arena"dakı qarşılaşma yığmamızın 1:0 hesablı qələbəsi ilə bitib. 69-cu dəqiqəsə Nigar Mirzəliyeva fərqlənib.

Komandamız C Liqasının 3-cü qrupunu 16 xalla birinci pillədə başa vurub. Millimiz ötən turda liderliyi təmin edərək B Liqasına yüksəlmişdi.
AzVision.az



Teqlər: Qələbə  





Xəbər lenti