Dövlət televiziyası NHK-nın xəbərinə görə, ötən ay Şinjuku bölgəsində işıqforda gözləyən taksi sürücüsü Ozaşa Atsuşi işlqforun yaşıl işığı yanan kimi avtomobilini göyərçinlərin üstünə sürüb və birini əyərək öldürüb. Daha sonra hadisə yerindən uzaqlaşıb. Yaxınlıqdakı piyadaların verdiyi məlumat ilə hadisə yerinə sövq edilən polis hadisənin səbəbini araşdırıb.
Göyərçin üzərində aparılan yarılmada ölüm səbəbinin “travmatik şok” olduğu qeyd edilib.
Sürücü keçən həftə sonu ov heyvanı olmayan göyərçini qəsdən öldürmək və vəhşi təbiətin mühafizəsi qanununu pozmaq ittihamı ilə həbs edilib.
AzVision.az