Ali Məhkəmənin hakimi: "Məişət zorakılığında barışıq sonda daha ağır cinayətlərə səbəb olur"
"Analiz edəndə müəyyən edirik ki, bunun səbəbləri mentalitetdən irəli gələn məsələlərdir. Ailənin əsas gəlir gətirəni, başçısı kişi olur. Kişinin maddi cəhətdən üstünlüyü sonra psixi üstünlüyə, fiziki üstünlüy, sonda zorakılığa səbəb olur. Belə hallarda bağışlanmanın əsas səbəbi kimi kişinin ailənin qazanc gətirən əsas şəxs kimi təqdim edilməsi olur. Kişinin azadlıqdan məhrum edilməsi ailənin dolanışığına mənfi təsir göstərir. Belə hallarda məhkəmələr də çətin vəziyyətdə qalır və çətin şəraitdə qərarlar qəbul etməli olur".
Aytən Zəhra
AzVision.az
Teqlər: