Dünya universitetləri Bakıda!

   Dünya universitetləri Bakıda!
  06 Dekabr 2023    Oxunub:867
Dekabrın 9-u CELT Xaricdə Təhsil Sərgisi keçiriləcək.
AzVision.az xəbər verir ki, sərgidə Avropa, ABŞ və Türkiyənin öndə gedən universitetləri və qəbul şöbələrinin nümayəndələri iştirak edəcəklər. Dünya universitetlərinin nümayəndələri ilə görüşərək xaricdə bakalavr və magistratura dərəcələri, diplom və sertifikat proqramları, “Foundation” proqramları, distant təhsil, xaricdə dil kursları və yay məktəbləri barədə ətraflı məlumat ala bilərsiniz.

Sərgidə ilk dəfə olaraq “ Sənədlərini gətir, qəbulunu al” layihəsi həyata keçiriləcək.

Ən yaxşı universitetlərlə tanış olmaq və xaricdə təhsilinizi planlaşdırmağa başlamaq üçün bu fürsəti qaçırmayın!

Sərgidə iştirak üçün bu linkdən qeydiyyatdan keçmək kifayətdir. Sərgiyə giriş ödənişsizdir!

Tarix: 9 dekabr, 2023

Saat: 11:00-17:00

Məkan: Hilton Baku

Ətraflı məlumat üçün: +99455 503 59 39

AzVision.az


Teqlər: #təhsil#xaricdətəhsil  





Xəbər lenti