Zəlzələ məktəblərdə tədrisə necə təsir edib? - AÇIQLAMA

 Zəlzələ məktəblərdə tədrisə necə təsir edib? -  AÇIQLAMA
  07 Dekabr 2023    Oxunub:2093
Zəlzələyə görə Bakıdakı bəzi təhsil müəssisələrində valideynlər şəxsi narahatlıqları səbəbindən könüllü olaraq övladını məktəbdən götürüblər, təhsil isə davam edir.
Bu barədə AzVision.az -a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, dekabrın 7-də Azərbaycanda baş vermiş zəlzələ zamanı paytaxtdakı təhsil müəssisələrində fövqəladə hallarla bağlı davranış qaydalarına uyğun olaraq, təkan hiss olunan ərazilərdə müəllim və şagird kollektivinin uyğun vaxt ərzində həyətdə öncədən müəyyən edilmiş, binadan aralı Toplanış məntəqələrində toplanması təmin olunub:

"Təhsil müəssisələrinin rəhbərliyi tərəfindən uşaqlara, şagird və valideynlərə həyəcanlanmamaq və əlavə narahatlığa yol verməmək tövsiyə olunub. Hazırda paytaxtdakı təhsil müəssisələrində tədris prosesi davam edir. Heç bir təhsil müəssisəsində dağıntı halı qeydə alınmayıb".

AzVision.az


Teqlər:





Xəbər lenti