Füzulidə traktor sürücüsü minaya düşdü

   Füzulidə traktor sürücüsü minaya düşdü
  07 Dekabr 2023    Oxunub:948
Füzuli rayonunda traktor minaya düşüb.
AzVision.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün saat 10 radələrində Horadiz kəndində əkin işləri aparan traktorun minaya düşməsi barədə məlumat daxil olub. Nəticədə traktorun sürücüsü 1994-cü il təvəllüdlü Həsənli Zamin xəsarət alıb. O polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib.

Araşdırma aparılır.

AzVision.az


Teqlər: Mina  





Xəbər lenti