Federasiya prezidenti vəzifəsindən qovuldu

Federasiya prezidenti vəzifəsindən qovuldu
  08 Dekabr 2023    Oxunub:1301
Braziliya Futbol Konfederasiyasının prezidenti Ednaldo Rodriges vəzifəsindən azad edilib.
AzVision.az xəbər verir ki, bu barədə Globo nəşri məlumat yayıb.

Rodrigesin göndərilməsinə səbəb Rio-de-Janeyro Ali Məhkəməsinin 2022-ci ilin martında keçirilən prezident seçkilərinin nəticələrini ləğv etməsi olub. Məhkəmənin fikrincə, həmin seçki qayda pozuntuları ilə keçirilib. Rodrigesin apellyasiya şikayəti vermək üçün vaxtı var. Prezident seçkilərinin 30 gün ərzində yenidən keçirilməsi qərara alınıb.

Qeyd edək ki, Rodriges "Real"ın çalışdırıcısı Karlo Ançelottinin mövsümün sonunda Braziliya millisinin baş məşqçisi vəzifəsinə dəvət olunmasının əsas təşəbbüskarlarından biri idi.

AzVision.az


Teqlər:





Xəbər lenti