Ərdoğan matçdan sonra hakimi döyən klub rəhbərini qınadı

   Ərdoğan matçdan sonra hakimi döyən klub rəhbərini qınadı
  12 Dekabr 2023    Oxunub:1707
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkədə “Ankaragücü” klubunun rəhbəri Faruk Kocanın Türkiyə Superliqasının 15-ci turunun “Rizəspor”la oyunundan sonra hakim Umut Melərə hücum etməsini pisləyib.
“Bu axşam oynanılan “Ankaragücü” – “Rizespor” matçından sonra baş hakim Halil Umut Melərə edilən hücumu pisləyirəm və ona tezliklə sağalmasını arzulayıram. İdman sülh və qardaşlıq deməkdir. İdman zorakılıqla bir araya sığmır. Türkiyə idmanında zorakılığa heç vaxt icazə verməyəcəyik”, – Türkiyə prezidenti yazıb.

Qeyd edək ki, ötən gün Türkiyə Super Liqasının hesabat turunda “Ankaragücü” - “Rizespor” matçı keçirilib. Final fitindən sonra Ankara təmsilçisinin prezidenti Faruk Koca qarşılaşmanın baş hakimi Halil Umut Melerə yumruq zərbəsi endirib. Zərbə nəticəsində ədalət təmsilçisi yerə yıxılıb və o, gözündən ciddi xəsarət alıb.

Xatırladaq ki, görüş 1:1 hesabı ilə başa çatıb. "Rizəspor" əlavə edilmiş yeddinci dəqiqədə hesabı bərabərləşdirə bilib. “Rizəspor”a heç-heçə gətirən qolu Adolfo Qayiç vurub.

Türkiyə çempionatının turnir cədvəlində "Ankaragücü" 18 xalla 11-ci yerdədir. “Rizəspor” 22 xalla səkkizinci pillədə qərarlaşıb. Turnir cədvəlində “Fənərbaxça” liderdir. İstanbul komandasının aktivində 40 xal var. Əlavə göstəricilərə görə “Fənərbaxça” “Qalatasaray”dan geri qalır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti