Naxçıvanda “Heydər Əliyev ili” münasibətilə ağacəkmə aksiyası keçirilib

Naxçıvanda “Heydər Əliyev ili” münasibətilə ağacəkmə aksiyası keçirilib
  16 Dekabr 2023    Oxunub:1356
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Babək rayon İcra Hakimiyyəti və Naxçıvan Televiziyası əməkdaşlarının, həmçinin ekokönüllülərin iştirakı ilə Əshabi-Kəhf ziyarətgahına gedən yolun ətrafında növbəti dəfə ağacəkmə aksiyası keçirilib.
AzVision.az xəbər verir ki,nazirlikdən verilən məlumata görə, aksiya zamanı ərazidə iqlim şəraitinə uyğun 700 badam ağacı əkilib, yaşıllıq zolağı salınıb.

Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.

AzVision.az



Teqlər: Naxçıvan   Ağacəkmə  





Xəbər lenti