Qazaxda sərxoş piyadanı maşın vurub öldürdü

Qazaxda sərxoş piyadanı maşın vurub öldürdü
  16 Dekabr 2023    Oxunub:1679
Qazaxda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, saat 20:30 radələrində rayonun Daş Salahlı kəndiində piyada Təvəkkül Musayev sərxoş halda yolu keçərkən VAZ-21099 markalı avtomobilin yan güzgüsünə dəyib, sonra arxadan gələn "Mercedes" markalı avtomobil tərəfindən vurulub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

AzVision.az



Teqlər: Qazax   Qəza  





Xəbər lenti