Kəlbəcərdə yük maşını aşıb, ölən var
Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.
İlkin araşdırmalar zamanı məlum olub ki, Bakı şəhər sakini S.Rəhimov idarə etdiyi "Man" markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək çay yatağına aşıb. Sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
AzVision.az
Teqlər: