Bakıda 100-ə yaxın marşrut avtobusu tələblərə cavab vermir
"Bakıda avtobus zolağı tamamlanmaq üzrədir. Hazırda paytaxtda 21 avtobus zolağının olmasına baxmayaraq, onların sayının artırılmasına ehtiyac var".
Nazir müavini qeyd edib ki, qərarın gecikməsinə səbəb mövcud avtobus marşrutlarının optimallaşdırılması ilə bağlıdır: "Bakıda 180-ə yaxın marşurut xətti var. Təhlillər göstərir ki, yarısı azalmalıdır. Bu xidmət sayının azalması demək deyil. Həmin xətlərdə avtobus sayları, xidmət keyfiyyəti artırılmalıdır".
R.Hümmətov yeni və müasir avtobusların əldə edilməsinə də toxunub. O qeyd edib ki, hazırda paytaxt Bakıda 100-ə yaxın marşrut üzrə müasir tələblərə cavab verməyən avtobus fəaliyyət göstərir. Bu avtobusların yenilənməsinə ciddi ehtiyac var.
Aytən Zəhra
AzVision.az
Teqlər: