Dövlət mühafizəsinə götürülən 6 mindən çox abidə mövcuddur

   Dövlət mühafizəsinə götürülən 6 mindən çox abidə mövcuddur
  18 Dekabr 2023    Oxunub:1260
Hazırda Azərbaycanda dövlət mühafizəsinə götürülmüş 6 min 308 abidə mövcuddur.
Bunu Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən “Mədəni İrs” Forumunda mədəniyyət nazirinin müavini Səadət Yusifova deyib. S.Yusifova 1400-dən artıq tarix və mədəniyyət əhəmiyyətli obyektin yeni aşkar edilmiş abidə qismində qeydiyyata alındığını deyib: “26 tarix-mədəniyyət qoruğu fəaliyyət göstərir. Onlardan 4-ü UNESCO-nun ümumdünya irs siyahısına daxil edilib".

Onun sözlərinə görə, məhz qeyri-maddi mədəni irs ölkəmizin qarşılaşdığı hibrid təhdidlər sırasında ön sıralardan birini tutur.

AzVision.az


Teqlər:





Xəbər lenti