Yük avtomobili sahiblərinə xəbərdarlıq: Ağır maliyyə cəzaları var

   Yük avtomobili sahiblərinə xəbərdarlıq:    Ağır maliyyə cəzaları var
  18 Dekabr 2023    Oxunub:1373
"Bütün xəbərdarlıqlara baxmayaraq, yollarda hələ də ağır tonnajlı yük maşınları hərəkətdədir. Daxili İşlər Nazirliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzun illər mübarizə aparılsa da, təəssüf ki, problemi tam olaraq aradan qaldırmaq mümkün olmayıb".
AzVision.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı deyib. O qeyd edib ki, yeni tətbiq ediləcək elektron tərəzilər vasitəsilə 10 mindən artıq qayda pozuntusunu vaxtında aşkarlamaq mümkün olacaq.

"Qanunvericiliyə dəyişiklik hazırdır. Bu sahədə də avtomatik rejimdə cəzalandırılma tətbiq ediləcək. Ona görə yük avtomobili sahiblərini öz fəaliyyətlərində dönüş etmələrinə çağırırıq. Bu tip qayda pozuntuları üçün ağır maliyyə cəzaları var".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti