"Bakıda növbəti il elektrik avtobuslarından istifadə ediləcək" - Nazir müavini

   "Bakıda növbəti il elektrik avtobuslarından istifadə ediləcək" -    Nazir müavini
  18 Dekabr 2023    Oxunub:1378
"Sumqayıtda avtobuslarda bir müddət əvvəl istifadə edilən kartlarda qalan vəsaitlə bağlı bizə müraciət daxil olmayıb. Həmin vəsaitlər normalda insanların özünə qaytarılmalı və ya gələcəkdə onlardan istifadə edilməlidir".
AzVision.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı deyib. O qeyd edib ki, Sumqayıtda da "Bakıkart" kimi sistemin tətbiq edilməsi AYNA-nın diqqət mərkəzindədir:

"Elektrik avtobusların pilot istifadəsinin test mərhələsi uğurla həyata keçirilir. Əsas məqsəd növbəti ildə elektrik avtobusların hesabına avtobus parkının yenilənməsidir. Bu istiqamətdə kifayət qədər iş aparılır. Növbəti ildə belə bir neçə layihənin tətbiqi planlaşdırılır".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti