Rəsul Quliyev 510 min dollara villasını satdı - FOTOLAR

   Rəsul Quliyev 510 min dollara villasını satdı -    FOTOLAR
  18 Dekabr 2023    Oxunub:1658
Milli Məclisin sabiq sədri, uzun müddətdir ABŞ-də yaşayan Rəsul Quliyev Floridadakı villalarından birini satıb.
Bu barədə jurnalist Cavanşir Həsənli feysbuk hesabında məlumat yayıb. Onun sözlərinə görə, satılan malikanənin qiyməti yarım milyon dollardan bir qədər artıq olub: “Keçmiş spiker və onun həyat yoldaşı Elmira Quliyeva Palm Coast, Allen Ethan 95 ünvanındakı 292 kv metr sahəsi olan əmlakına 510 min dollara müştəri tapıb. Villa 2007-ci ildə inşa olunub, həyətində qapalı hovuzu var”.

Qeyd edək ki, Rəsul Quliyev 1996-cı ildən ABŞ-də Florida ştatının Palm-Kost şəhərində yaşayır.











AzVision.az


Teqlər:





Xəbər lenti