Lənkəranda 3 yaşlı uşaq qızılcadan ölüb? - TƏBİB-dən açıqlama
Vəziyyəti ağır olan xəstə saat 10:45-də mərkəzin reanimasiya şöbəsinə köçürülüb. Azyaşlıya virus mənşəli meninqoensefalit diaqnozu qoyulub. Görülən reanimasiyon tədbirlərə baxmayaraq, saat 15:00 radələrində azyaşlının ölüm faktı qeydə alınıb.
****
Lənkəranda uşaq qızılca xəstəliyindən ölüb
AzVision.az xəbər verir ki, rayonun Şirinsu qəsəbə sakini - 2020-ci il təvəllüdlü Uğur Elvin oğlu Abızadə də bir həftə əvvəl yüksək hərarət müşahidə olunub. O, ev şəraitində müalicə alıb. Lakin ötən gündən uşaqda yenidən hərarət yaranıb.
Təcili tibbi yardım xidmətinə müraciət olunub. İlk tibbi yardımdan sonra uşağın xəstəxanada müalicə olunmasının zəruriliyi valideynlərin diqqətinə çatdırılıb. Lakin ailə üzvləri buna razılaşmayıb. Bir müddət sonra yenidən halı pisləşən azyaşlı yaxınları tərəfindən xəstəxanaya gətirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Ailənin digər 4 yaşlı övladı Yunus Elvin oğlu Abızadə də hərarət müşahidə olunduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Aytən Zəhra
AzVision.az
Teqlər: