Rasmussen: `Rusiya ilə əməkdaşlığa hazırıq`

Rasmussen:  `Rusiya ilə əməkdaşlığa hazırıq`
  19 İyun 2014    Oxunub:804
NATO Rusiya ilə əməkdaşlığı genişləndirməkdən imtina etmir və xatırladır ki, bloka yeni üzvilərin qəbulu Rusiya Federasiyasına qarşı yönəlmiş addım deyil.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun baş katibi Anders Foq Rasmussen bildirib.

“Ukraynadakı hadisələr diqqətlə izləyirik. Bəli, biz hazırlığı artırmalı, təhlükələrin qiymətləndirilməsi prinsipləni dəyişməli, yeni çağırışları nəzərə almalı, kəşfiyyatımızı təkmilləşdirməliyik. Lakin bizim Rusiya ilə qurduğumuz münasibətlər olduqca unikaldır – Rusiya NATO Şurası faəliyyət göstərir, birgə sammitlər keçirilirdi. Biz Rusiya əlehinə bloka yeni üzvlər qəbul etməli deyilik, əksin Rusiyanı dialoq və əməkdaşlığa cəlb etməliyik”, - deyə Rasmussen bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti