Əxlaqsız hərəkətlərinə görə Depardyenin heykəlini muzeydən götürdülər

   Əxlaqsız hərəkətlərinə görə    Depardyenin heykəlini muzeydən götürdülər
  18 Dekabr 2023    Oxunub:977
Parisin Grevin Mum Muzeyi sosial şəbəkələrdə ziyarətçilərin və istifadəçilərin mənfi şərhlərinə cavab olaraq aktyor Jerar Depardyenin mum heykəlini sərgi salonundan götürüb. Bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
Bundan əvvəl France 2 telekanalı 2018-ci ildə Şimali Koreyada çəkilişlər zamanı aktyorla bağlı reportaj dərc etmişdi. Depardyenin materialda göstərilən qadınlarla bağlı açıqlamaları fransız kinosu və media nümayəndələrinin yeni tənqid dalğasına səbəb olub.

Reportajda Depardyenin 2007-ci ildə “Disko” filminin çəkiliş meydançasında ona cinsi təcavüz etdiyini iddia edən aktrisa Ellen Darrasın sözlərinə də istinad edilir. “Disko” filminin rejissoru Fabien Onteniente “Adamyeyənlərin süqutu” filmi ekranlara çıxandan sonra aktyorla işləməkdən imtina edib.

"O, mənə ət parçası kimi baxırdı", - Depardyenin onu qrim otağına getməyə razı salmağa çalışdığını və imtina etdikdən sonra aktrisanı çəkiliş meydançasında qucaqladığını iddia edən Darras xatırlayır.

Aprelin 12-də məlum olub ki, 13 qadın Jerar Depardyeni cinsi təcavüzdə ittiham edib. Bütün ittihamlar Depardyenin 2004-2022-ci illər arasında işlədiyi 11 film və seriala aiddir. Onların arasında 2018-ci ildə aktyora qarşı zorlama ittihamları irəli sürən aktrisa Şarlotta Arnoux da var.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti