"Qarabağ"ın pley-offdakı rəqibi müəyyənləşdi
!["Qarabağ"ın pley-offdakı rəqibi müəyyənləşdi
"Qarabağ"ın pley-offdakı rəqibi müəyyənləşdi](https://azvision.az/photos/2023/12/192431_dtg3wj9m2e-1702904555.jpg)
Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının 1/16 finalına yüksələn "Qarabağ" Portuqaliyanın "Braqa" klubuna rəqib olub.
Qeyd edək ki, pley-offun ilk matçları 2024-cü ilin fevralın 15-də, cavab görüşləri fevralın 22-də keçiriləcək. Qalib komandalar 1/8 finala vəsiqəni təmin edən Avroliqanın qrup birinciləri ilə qarşılaşacaqlar. "Qarabağ" da daxil olmaqla səpələnmişlər səbətində yer alan bütün 8 komanda ilk oyunlarını səfərdə keçirəcəklər.
AzVision.az
Teqlər: