"Qarabağ"dan yeni rekord
!["Qarabağ"dan yeni rekord "Qarabağ"dan yeni rekord](https://azvision.az/photos/2023/12/192469_p1i2lf5cz1-1702970123.jpg)
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Misli Premyer Liqasının 17-ci turunda “Neftçi”yə 2:0 hesabı ilə qalib gəlib. Matçdakı sonuncu qolun müəllifi Hamidu Keyta “Qarabağ”ın Azərbaycan derbisindəki 120-ci topuna imza atıb. Ağdam təmsilçisi bu göstəriciyə 93-cü matçda çatıb.
Bu görüşədək rekord “Neftçi”yə məxsus idi. Bakılılar “Şamaxı” ilə qarşılaşmalarda 119 qol vurub.
AzVision.az
Teqlər: