PUA bölmələri şərti düşmənin hədəflərini məhv ediblər

   PUA bölmələri şərti düşmənin hədəflərini məhv ediblər
  19 Dekabr 2023    Oxunub:745
Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrində (HHQ) pilotsuz uçuş aparatları (PUA) bölmələri ilə təlim-məşq uçuşları yerinə yetirilib.
Bu barədə AzVision.az -a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. PUA heyətləri müəyyən edilmiş marşrutlar üzrə hava kəşfiyyatının aparılması, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin olunaraq dəqiq aviasiya zərbələri ilə məhv edilməsi, eləcə də digər fəaliyyətləri yerinə yetiriblər. Təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub.



AzVision.az


Teqlər:





Xəbər lenti