Oğuzda evdən meyit tapılıb

Oğuzda evdən meyit tapılıb
  19 Dekabr 2023    Oxunub:828
Oğuz rayonunda 58 yaşlı kişi evdə ölü tapılıb.
AzVision.az -ın məlumatına görə, rayonun Qumlaq kəndində kənd sakini 1965-ci il təvəllüdlü Eyvaz Mirzə oğlu Qocayevin yaşadığı evdə meyiti aşkar edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Məlumata görə, 58 yaşlı E.Qocayev spirtli içkiyə meyilli olub və evdə tək yaşayıb.

Faktla bağlı araşdırma aparılır.


AzVision.az



Teqlər:





Xəbər lenti