Mingəçevirdə odlu silahlar aşkar edilərək götürülüb

Mingəçevirdə odlu silahlar aşkar edilərək götürülüb
  19 Dekabr 2023    Oxunub:915
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AzVision.az -a verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında keçirilən əməliyyat tədbiri zamanı şəhər ərazisindən 2 ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti