Səttar Möhbalıyev yenidən sədr seçilib - YENİLƏNİB

 Səttar Möhbalıyev yenidən sədr seçilib -  YENİLƏNİB
  20 Dekabr 2023    Oxunub:1379
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri seçilib. Bu vəzifəyə qurumun hazırkı sədri Səttar Suliddin oğlu Möhbalıyevin namizədliyi yenidən təsdiqlənib.
Bununla bağlı məsələ AHİK-in dekabrın 20-də keçirilən növbədənkənar VI qurultayının gündəliyinə daxil edilib. Qurultay iştirakçıları Səttar Möhbalıyevin yenidən AHİK-in sədri seçilməsi üçün yekdilliklə səs veriblər.

Qurultayda, həmçinin reqlamentə uyğun olaraq, qurultayın Mandat, Redaksiya və Hesablayıcı komissiyalarının tərkibi və Katibliyin üzvləri də təsdiq olunub.

Qeyd edək ki, Səttar Möhbalıyev Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri vəzifəsini 1993-cü ildən icra edir.

***

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) növbədənkənar VI qurultayında sədr seçilib.

Səttar Möhbalıyev qurumun yenidən sədri seçilib. Təklif səsverməyə qoyularaq yekdilliklə qəbul edilib.


AzVision.az


Teqlər:





Xəbər lenti