MSK beynəlxalq müşahidəçilərə dəvət göndərib

   MSK beynəlxalq müşahidəçilərə dəvət göndərib
  20 Dekabr 2023    Oxunub:776
Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda Prezident seçkilərini müşahidə etmək üçün artıq beynəlxalq müşahidəçilərə dəvət göndərib.
Bunu MSK-nın sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumda Dairə Seçki Komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib. Məzahir Pənahov bildirib ki, seçkilər bütün beynəlxalq ictimaiyyət üçün açıqdır:

“Bütün dünyada bunların hamısından üstün qəbul edilən siyasi iradədir. Ölkə rəhbərliyinin siyasi iradəsi yoxdursa, onda digər məsələlərin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi mümkün olmur. Beynəlxalq tədbirlərdə artıq bizi nümunə göstərirlər. Seçki dairələrin hamısı üçün yüksək səviyyədə binalar tikilib”.

AzVision.az


Teqlər:





Xəbər lenti