Prezidentin köməkçisi: "Seçki ilə bağlı ciddi tapşırıqlar verilib"

      Prezidentin köməkçisi:    "Seçki ilə bağlı ciddi tapşırıqlar verilib"
  20 Dekabr 2023    Oxunub:712
"Seçki prosesinin daha şəffaf keçirilməsi, heç bir qanun pozuntularına yol verilməməsi ilə bağlı ciddi tapşırıqlar verilib. Seçkilərin uğurlu nəticələrini mümkün etmiş ən başlıca şərt İlham Əliyevin siyasi iradəsi, bütün dünyada siyasi nüfuzu və xalqla sıx birliyi olub".
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib. Onun sözlərinə görə, Prezidentin möhkəm iradəsi sayəsində ölkəmizin bütün ərazisində suverenliyimiz bərpa edilib:

"Azad edilmiş ərazilərdə böyük bərpa işləri aparılır. Bütün dünya azad edilmiş ərazilərə Böyük Qayıdış prosesini heyranlıqla izləyir. Artıq o ərazilərə 4395 nəfər köçürülüb. Eyni zamanda 20 mindən çox insan azad edilmiş ərazilərdə abadlıq işlərinə cəlb edilib. Azərbaycan müstəqillik əldə edəndən sonra bu ərazilərdə ilk dəfə seçkilər keçiriləcək".

AzVision.az


Teqlər:





Xəbər lenti