İŞİD-dən Türkiyəyə təhdid: “İstanbulu alacağıq”

İŞİD-dən Türkiyəyə təhdid: “İstanbulu alacağıq”
  20 İyun 2014    Oxunub:892
Türkiyənin Mosul konsulluğunun əməkdaşlarını girov götürən İraq Şam İslam dövləti qruplaşmasının Suriya və İraq kimi Türkiyəyə cihad elan etdiyi məlum olub.
AzVision.az anspress-ə istinadən xəbər verir ki, İŞİD-in Türkiyə nümayəndəliyinin Suriyadakı daxili savaşın sona yetdikdən sonra İstanbul başda olmaqla Türkiyədə böyük əməliyyatlar həyata keçirməyə hazırlaşdığı məlum olub.

Hətta, bəzi İŞİD üzvlərinin "İnşaallah İstanbulu alacağıq" sözləri Türkiyə kəşfiyyatı tərəfindən qeydə alındığı bildirilir.

Qeyd edək ki, Türkiyədə 2 ilə yaxındır ki, muzdlu yaraqlılar toplayan İŞİD-in Türkiyə ilə bağlı planları Milli İstihparat Təşkilatının (Türkiyənin xüsusi xidmət orqanı) bu ilin yanvar ayında keçirdikləri əməliyyat zamanı üzə çıxıb.

Həmin əməliyyat zamanı Van mərkəz olmaq üzrə İstanbul, Adana, Gaziantep, Kilis, Kayseridə onlarca İŞİD üzvü saxlanılmışdı.

Əməliyyatda Türkiyənin ən böyük İŞİD qruplarına liderlik edən Halis Bayancuk da həbs edilmişdi.


Teqlər:  





Xəbər lenti