Generaldan seçkilərlə bağlı xəbərdarlıq

   Generaldan seçkilərlə bağlı xəbərdarlıq
  20 Dekabr 2023    Oxunub:938
"Azərbaycanda ictimai asayişin təmin edilməsi istiqamətində lazımi tədbirlər həyata keçirilir və seçkilərin keçirilməsinə mane olmaq istəyən qüvvələrin qarşısını almaq üçün zəruri tədbirlər görülür".
Bunu daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib. Onun sözlərinə görə, inzibati ərazilərdə və səsvermə günü seçki məntəqələrinin ətrafında vəziyyətə nəzarət ediləcək.

O bildirib ki, prezident seçkilərinin qanunvericiliyə uyğun təhlükəsiz şəraitdə keçirilməsi, ictimai asayişin qorunmasının təşkili məqsədilə nazirlik müvafiq tədbirlər planı hazırlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti