"Seçki komissiyalarının işinə mane olanlar məsuliyyətə cəlb ediləcək"

   "Seçki komissiyalarının işinə mane olanlar məsuliyyətə cəlb ediləcək"
  20 Dekabr 2023    Oxunub:955
"Seçki komissiyalarının işinə mane olanlar və müdaxilə edənlər inzibati və cinayət məsuliyyətinə cəlb ediləcək".
Bunu Baş prokurorun birinci müavini Elçin Məmmədov Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib. O bildirib ki, seçkilər demokratiyanın başlıca göstəricisidir:

“Seçkilərlə bağlı prokurorluq orqanlarının vəzifələri əsasən, daxil olmuş şikayətlərə baxılması ilə bağlıdır. 2002, 2009, 2016-cı illərdə referendumla bağlı bizə ümumiyyətlə müraciətlər daxil olmayıb. Son prezident seçkiləri ilə əlaqədar da bu kimi şikayət tərkibli müraciətlər prokurorluq orqanlarına daxil olmayıb.

Eyni zamanda, seçki komissiyalarından şikayətlər məhkəməyə verilə bilər. Məhkəmə qərarlarından yuxarı instansiya məhkəmələrində bu işlərə 3 gün müddətində baxılmalıdır. Seçki komissiyalarının işinə müdaxilə etməyə, seçki sənədlərini saxtalaşdırmağa görə cinayət məsuliyyəti nəzərdə tutulub”.

AzVision.az


Teqlər:





Xəbər lenti